“Real”la yeni müqavilə imzaladı

realla-yeni-muqavile-imzaladi
Oxunma sayı: 2355

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç “Real”la yeni müqavilə imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, artıq tərəflər arasında rəsmi əmək müqaviləsi bağlanıb. Klub yaxın vaxtlarda xorvatiyalı ilə əməkdaşlığı davam etdirəcəyini açıqlayacaq.

Qeyd edək ki, Modriç ötən mövsüm La Liqada 32 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Ümumilikdə xorvatiyalı Madrid təmsilçisinin heyətində 533 oyun keçirib.