“Qafqazinfo” xəbər verir ki, “Atletiko”Madridin qonağı olan “Real”Madrid 2-0 hesablı qələbə qazanıb. Bu cütlüyün ilk görüşü də “Real”ın xeyirinə başa çatıb. Ronaldonun komandası ilk oyunda 3-0 hesablı qələbə əldə etmiş və final mərhələsi məsələsini artıq həll etmişdi. Dünənki matçda Ronaldonun dublu (hər ikisi penaltidən) “Real”Madridin kral kubokunda finala çıxmasını rəsmiləşdirib.
Qeyd edək ki, “Real”ın finaldakı rəqibi bu gün keçiriləcək “Real Soseydad”-“Barselona” matçından sonra bəlli olacaq. “Barsa”ilk oyunda rəqibini 2-0 hesabı ilə məğlub edə bilib. Bu gün də nəticə “Barselona” üçün müsbət bitsə, onda Copa Del Rey”in finalında “El Klasiko”,“Real”Madrid- “Barselona” görüşü izləyə biləcəyik.
İqbal
Son xəbərlər
Son Xəbərlər