“Qafqazinfo” xəbər verir ki, “Real” Kosta Rikanın qapıçısı Keylor Navası heyətinə qatıb. Kral klubu “Levante”də oynayan Navas üçün 10 milyon avro ödəyəcək. Kosta Rikanın heyətində dünya çempionatında uğurlu çıxışla böyük klubların diqqətini çəkən Navas “Real”Madridə qismət olub. Kosta Rikanın tarixində ilk dəfə olaraq dünya çempionatının ¼ finalına yüksəlməkdə qapıçı Navasın əvəzsiz rolu olub.
İqbal
Son xəbərlər
Son Xəbərlər