Reanimasiyadakı xəstələrlə bağlı statistika açıqlandı

reanimasiyadaki-xestelerle-bagli-statistika-aciqlandi
Oxunma sayı: 1092

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 17-nə olan statistik göstəriciləri açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 917 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 112 nəfər reanimasiyada, 9 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 115 və 8 idi.

Ümumilikdə 38 777 nəfər virusa yoluxub, 36 289 nəfər sağalıb, 571 nəfər vəfat edib.

Bu gün 7 601 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 1 035 286 test aparılıb.

Qeyd edək ki, bu gün 119 koronavirusa yoluxma faktı qeydə alınıb, 140 nəfər sağalıb, 2 nəfər ölüb.