Reanimasiyaya yerləşdirilən aktyorda koronavirus aşkarlandı

reanimasiyaya-yerlesdirilen-aktyorda-koronavirus-askarlandi
Oxunma sayı: 2558

Kanal D-nin populyar serialı “Sadakatsiz”də Haluk obrazını canlandıran aktyor Burak Sergenə koronavirus diaqnozu qoyulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aktyorun nişanlısı Nihan Ünsal məlumat yayıb.

Nəfəs almaqda çətinlik çəkən, ağciyərinə infeksiya düşərək reanimasiyaya yerləşdirilən B. Sergendə “COVID-19” aşkarlanıb. 60 yaşlı serial ulduzunun vəziyyəti hələ də ağır olaraq qalır.

Qeyd edək ki, sözügedən layihənin digər qəhrəmanları- Melis Sezen (Derin) və Alp Akarda da (Ali) koronavirus aşkarlandığından serialın çəkilişləri dayandırılıb.