Reanimasiyaya yerləşdirilən aktyorun 37 gün sonra ilk - Fotosu

reanimasiyaya-yerlesdirilen-aktyorun-37-gun-sonra-ilk
Oxunma sayı: 4434

Ötən ayın əvvəlləri koronavirusa yoluxan və tənəffüs çətinliyi səbəbilə reanimasiyaya yerləşdirilən “Sadakatsız” serialının ulduzu Burak Sergenin səhhəti qaydasına düşüb.

“Qafqazinfo” xəbər verir ki, aktyor xəstəxanada nişanlısı Nihan Ünsal ilə lentə alınan fotosunu “Hurriyet” qəzetinə göndərib.

O, 37 gün sonra ilk açıqlamasında bunları deyib: “Həyatın bir hissəsindən yenidən tutmaq çox xoşdur. Həmişə Nihanı yanımda hiss edirdim. Çünki onun hər zaman yanımda olduğunu bilirdim”.

Nihan Ünsal isə “Vəziyyəti yaxşıdır, ancaq koronavirusdan sonra bədənində müəyyən problemlər var. Bəzən tənəffüs problemi yaranır”,- deyə qeyd edib.

B. Sergen, həmçinin uzun müddətdir rol aldığı “Sadakatsız” serialına geri qayıtdığını açıqlayıb. O, ekran işinin yeni bölümündə video ilə bağlanaraq ailə üzvləri ilə görüşəcək.