Rəbiyyət Aslanovaya cavab - - "Bu artıq ambisiyadır"

rebiyyet-aslanovaya-cavab-
Oxunma sayı: 2945


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında sabiq millət vəkili, junalist Alqış Həsənoğlu bildirib. Sabiq millət vəkili bildirib ki, bu gün “Yeni Müsavat” qəzetində Rəbiyyət xanımın söhbəti ilə tanış oldum: “O çox dəyərli, aktual fikirlər söyləyib. Demək olar ki, Rəbiyyət xanım neçə gündür ki, gündəmdən düşməyən bu məsələnin və ya söz-söhbətin haradan və niyə qaynaqlamasına 80-90 faiz aydınlıq gətirə bilib. Millət vəkilimiz deyir ki, mənim oğlum (Elnur Aslanovu nəzərdə tutur) çox güclü siyasətçidir. Mən belə düşünürəm ki, elə problemin kökünü də məhz bu məqamda axtarmalıyıq. Kimsə güclü siyasətçi ola bilər. Heç kimin istedadına, qabiliyyətinə qadağa qoymaq olmaz. Bu normal bir haldır. Ancaq nəzərə almaq lazımdır ki, Prezident Administrasiyası prezidentin siyasətini və tapşırıqlarını həyata kecirən icraçı bir orqandır. İcraçı orqana güclü siyasətçi - şöbə müdirləri yox, hər şeydən öncə prezidentə sədaqəti, daxili rəğbəti olan çevik, peşəkar məmurlar lazımdır. Biz zaman- zaman belə anormal tendesiyaların şahidi olmuşuq. Çox təəssüf, bəzən hansısa məmur fəaliyyətinin müəyyən bir mərhələsində özünü siyasətçi kimi hiss etməyə başlayır. Əldə etdiklərini nəzarətində olan idarəçilik strukturunun yox, öz fitri keyfiyyətlərinin bəhrəsi hesab edir. Bu artıq iddiadır, ambisiyadır. Bu həm də mövcud idarəçilikdəki müəyyən boşluqların olmasından xəbər verir ki, bu da cox təhlükəli xarakter ala bilər. Mən hesab edirəm ki, bu cür halların qarşısı dərhal alınmalıdır”.