Rəcəb Babaşov sakinlərin problemlərini dinlədi

Rəcəb Babaşov sakinlərin problemlərini dinlədi
Oxunma sayı: 659

Qazaxın Əliağa Şıxlinski küçəsində yerləşən 4,5 saylı binalarda, eləcə də həmin küçə ətrafında yaşayan sakinlərlə səyyar görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki,  aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhər və kəndlərdə keçirilən səyyar görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini bildirib.

Hazırda rayonda görülən işlərdən söhbət açan icra başçısı buna misal olaraq su-kanalizasiya sisteminin yenidən qurulmasını, 10 korpusdan ibarət 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunda aparılan son tamamlanma işlərini göstərib.

Çoxmənzilli yaşayış binalarında görülən işlərdən danışan rayon rəhbəri vətəndaşların müraciətlərinə əsasən bu gün balansda olan 163 binadan artıq 140-a yaxın binanın əsaslı təmir olunduğunu, rayonda olan 25 uşaq bağçasından 21-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırılmasını bu dediklərimizin bariz nümunəsi kimi qiymətləndirib.

İcra başçısı Dövlət Proqramında əksini tapan məktəb tikintisindən də söz açıb. 5 illik proqramda Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin əksini tapdığını bildirib.

Sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların işlə təmin olunma, yaşadıqları binanın tüstü bacasının təmizlənməsi və digər məsələlərlə bağlı müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi