Rəcəbov finalın taleyini tay-brekə saxladı

recebov-finalin-taleyini-tay-breke-saxladi
Oxunma sayı: 1794

Teymur Rəcəbov Dünya Kubokunun finalında çinli Dinq Lirenlə görüşünü başa vurub. “Qafqazinfo” xəbər verir ki, qarşılaşma heç-heçə başa çatıb.

Bununla da tərəflər arasında bərabərlik davam edir.

İndiyə qədər keçirilən 3 görüşdən 1-də Teymur, 1-də Liren qalib gəlmişdi. Digər matç isə heç-heçə başa çatmışdı.

4 görüşdən sonra hesab bərabər olduğu üçün tərəflər tay-brek oynayacaqlar.

Sabah tərəflər tay-brekdə üz-üzə gələcəklər.