Rəcəbov turnir cədvəlində liderliyi ələ keçirib

recebov-turnir-cedvelinde-liderliyi-ele-kecirib
Oxunma sayı: 1738

Mayın 24-də Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin altıncı turunun partiyaları oynanılıb.

"Qafqazinfo" xəbər verir ki, günün ilk qarşılaşmasında şahmatçılarımız üz-üzə gəliblər. Qarşılaşmada heç-heçə qeydə alınıb. Sonrakı turda T.Rəcəbov rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib, ABŞ təmsilçisi Uesli So, fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə edib. Günün son turunda argentinalı A.Piçot üzərində qələbə qazanan şahmatçımız xalların sayını 6,5-ə çatdıraraq turnir cədvəlində liderliyi ələ keçirib.

Qeyd edək ki, “The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı iştirak edir. Üç gün davam edəcək ilkin mərhələnin yekunlarına görə, pley-offda mübarizə aparacaq 8 şahmatçı müəyyənləşəcək.

“Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.