Rəcəbovla Məmmədyarov Çempionlar Turunda

recebovla-memmedyarov-cempionlar-turunda
Oxunma sayı: 1155

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 4-cü mərhələsinin iştirakçılarının adları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Turnirdə Azərbaycanı Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov təmsil edəcək. 4-cü mərhələdə 16 şahmatçının iştirakı nəzərdə tutulub. Bunlardan 14-nün adı artıq məlumdur.

Digər 2 şahmatçı isə Nils Qrandelius (İsveç), Aryan Tari (Norveç), Alan Piçot (Argentina) və Maks Varmerdamın (Niderland) iştirakı ilə bu gün keçiriləcək təsnifat mərhələsinin görüşlərindən sonra bəlli olacaq.