“Red Bull” baş qorunması sistemini yoxlayacaq

red-bull-bas-qorunmasi-sistemini-yoxlayacaq
Oxunma sayı: 1033

“Red Bull” komandası gələcək üçün planlaşdırdığı sürücünün başının qorunması sistemini ilk dəfə Rusiyada test etməyi planlaşdırır.

“Qafqazinfo” f-1.az-a istinadən xəbər verir ki, 2017-ci ildən etibarən sürücünün başının qorunması sisteminin idmana gətirilməsi planlaşdırılır. “Ferrari” komandası artıq “halo” sistemini sınaqdan keçirib.

“Red Bull” isə şüşəli sistemin üstündə işləyir. Komanda bu sistemi şou yürüşündə təqdim etməyi planlaşdırırdı. Amma avstriyalılar fikirlərini dəyişiblər və sistemi yarış həftəsonunda təqdim etmək qərarına gəliblər.