Tayland Red Bull şirkətinin sahibinin varisi və nəvəsini interpol xətti ilə axtarışa verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 5 milyard dolların varisi Vorayut Yuvitthaya 2012-ci ildə sərxoş vəziyyətdə polis serjantını “Ferrasi”si ilə vuraraq öldürüb və hadisə yerindən qaçıb.
Aprelin 28-də o növbəti dəfə Banqkok məhkəməsinə gəlmədiyi üçün məhkəmə onun həbsinə order vermişdi.
Tayland XİN-i və baş prokurorluğu Yuvitthayanın tez-tez olduğu ölkələrə sorğu göndərərək ekstradisiyasını tələb etməyə hazırlaşır.
Qeyd edək ki, “Red Bull”un varisini 10 il həbs gözləyir.
Son xəbərlər
Son Xəbərlər