“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, iclasda 27 yanvar tarixində Mətbuat Şurasına və ölkə başçısına müraciət ünvanlayacağı bildirilib. Həmçinin, 30 yanvar tarixində isə küçə satışını qadağan edən qərara etiraz olaraq Beynəlxalq Mətbuat Mərkəzində geniş tərkibdə mətbuat konfransı keçiriləcək. Bununla yanaşı Bakı şəhər İcra Hakimiyyəti qarşısında aksiya keçirilməsi də nəzərdə tutulub. Eyni zamanda etiraz əlaməti olaraq qəzetlər hər gün növbə ilə tətil edəcəklər.
Qeyd edək ki, iclas iştirakçıları bu təşəbbüsləri ictimaiyyətin diqqətini cəlb etmək üçün etdiklərini deyiblər.
Xatırladaq ki, Fəvvarələr meydanı təmir olunduqdan sonra burada əvvəllər alışdığımız suvenir piştaxtalarına rast gəlinməsə də, qəzet və jurnalların satışı davam edirdi. Sonuncu dəfə 01.06.2010-cu il tarixində ərazidə qəzet və jurnal satışı ilə məşğul olan kiçik sahibkarlar belə problemlə üzləşmişdilər. O zaman səbəb kimi ərazidə aparılan təmir-tikinti işləri göstərilmişdi. Bildirilmişdi ki, ərazidə təmir getdiyindən qəzet və jurnalları da toz basır, bu isə əhalinin sağlamlığına ziyandır. Lakin edilən çoxsaylı şikayətlərə əsasən 24.06.2010-cu il tarixində Bakı şəhər Ticarət Departamenti qəzet və jurnalların satışı üçün icazəsi olan şəxslərin fəaliyyətlərini davam etdirməsinə icazə vermişdi.
Son xəbərlər
Son Xəbərlər