Rəfahda Qəzzaya yardım üçün logistika mərkəzi yaradılır

refahda-qezzaya-yardim-ucun-logistika-merkezi-yaradilir
Oxunma sayı: 1300

Misir Qəzza zolağına humanitar yardım üçün sərhəd şəhəri Rəfahda logistika mərkəzi qurmağa başladığını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Misirin Şimali Sina valisi general-mayor Məhəmməd Əbdülfadil açıqlama verib.

“Misir Qızıl Aypara Cəmiyyətinin işini asanlaşdırmaq, eləcə də Əl-Ariş bölgəsində və yolda sıxlığı azaltmaq üçün logistika mərkəzinin tikintisinə başlayıb”, - o bildirib.

Əbdülfadil qurulacaq mərkəzdə yük maşınları üçün dayanacaq yerləri, seyf anbarlar, inzibati ofislər, eləcə də sürücülər üçün yaşayış yerləri olacağını, su və elektrik kimi imkanların da təmin ediləcəyini qeyd edib.