“Referans”dan Naxçıvan sakinlərinə şad xəbər

referansdan-naxcivan-sakinlerine-sad-xeber
Oxunma sayı: 930

Yeni açılmış Referans Naxçıvan Tibb Mərkəzində  21 və 28 sentyabr tarixlərində Bakıdan dəvət olunmuş təcrübəli həkimlərin qəbulu həyata keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, sentyabrın 21-də süd vəzi üzrə onkoplastik və rekonstruktiv cərrah T.Ü.F.D Dr. Günay Əhmədova, daxili xəstəliklər uzmanı, terapevt Dr. Həbib Sahratov, uroloq-androloq Op. Dr. Anar Almasov, revmatoloq Dr. Aynurə İsmayılova, pediatr-infeksionist  Dr. Aytən Ziyadova, dermatoloq Dr. Şəfiqə Yusifova, sentyabrın 28-də isə onkoginekoloq Dr. Türkan Mansurova, nevroloq  Dr. Mərziyyə Muxtarova, endokrinoloq Dr. Elnur Məmmədovdan ibarət həkim komandası Naxçıvan sakinlərinə tibbi xidmət göstərəcəklər.

Qeyd edək ki, Referans Naxçıvan Tibb Mərkəzi də ən müasir avadanlıqlarla təchiz edilib, pasiyentlərin rahatlığı üçün beynəlxalq standarlara cavab verən tibbi protokollara uyğun qurulub. Burada peşəkar həkim komandası tərəfindən regionda mövcud olmayan bir çox tibbi xidmətlər, o cümlədən 7 mindən çox laborator müayinə, instrumental-diaqnostik müayinələr (USM, MRT, EXO-KQ, EKQ) terapiya, kardiologiya, qastroenterologiya, endokrinologiya, nevrologiya, dermatologiya, mama-ginekologiya və perdiatriya sahələri üzrə tibbi xidmətlər göstərir.

Həkim qəbuluna öncədən yazılmağınız mütləqdir!

Qeydiyyat üçün əlaqə nömrəsi: +994 60 600 00 33

Ətraflı məlumat: *0033

Ünvan: Naxçıvan şəhəri, 11-ci Məhəllə

https://www.instagram.com/referans_naxcivan_tibb_merkezi/

https://facebook.com/profile.php?id=100089497752380