“Referendumun keçirilməsi ciddi səhvdir” - Cavad Zərif

referendumun-kecirilmesi-ciddi-sehvdir
Oxunma sayı: 1105

İran İraq kürdlərinin keçirdiyi referendumu ciddi səhv kimi qiymətləndirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran XİN rəhbəri Mohammed Cavad Zərif bildirib.

“Düşünürük ki, bu ciddi səhvdir. Biz kürdlərin daimi dostu olaraq qalırıq. Ancaq referendumun strateji səhv hesab edirik”,- deyə Nazir vurğulayıb.

Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Regional Hökuməti müstəqillik üçün referendum keçirib. Səsvermənin nəticələrinə əsasən 92,73 faiz seçici İraqdan ayrılmağın leyhinə səs verib.