Referendumun yekun nəticələri oktyabrın 21-də açıqlanacaq

referendumun-yekun-neticeleri-oktyabrin-21-de-aciqlanacaq
Oxunma sayı: 1652

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclasda Azərbaycan Respublikasının konstitusiyasına dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı ilin sentyabrın 26-na təyin edilmiş referendumun keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı təsdiq edilməsi məsələsinə baxılıb.

Təqvim planı barədə məlumat verən MSK katibi Arifə Muxtarova bildirib ki, bütün ölkə ərazisində müşahidə aparılması məqsədilə MSK-ya ərizələr sentyabrın 16-a qədər təqdim olunmalıdır: “Zəruri referendum sənədlərinin təqdim edilməsi avqustun 22-nə qədər davam edəcək. Seçkiqabağı təşviqat aparılması prosesi səsvermə gününə 23 gün qalmış, yəni sentyabrın 3-də başlayıb, 25 sentyabr 8:00-da yekunlaşacaq. Bildirişlərin çap edilməsi isə avqustun 17-ə qədər başa çatacaq”.

A.Muxtarova vurğulayıb ki, maarifləndirmə tədbirləri isə proses müddətində mütəmadi olaraq həyata keçiriləcək.
MSK katibi Arifə Muxtarova deyib ki, ekspert qrupu vətəndaşların referendum hüquqlarının pozulması üzrə seçki komissiyalarına daxil olan şikayətləri araşdıracaq.

Ekspert qrupunun tərkibinə isə 9 nəfər daxil olunub.

***

Oktyabrın 21- nə kimi referendumun nəticələrinə yekun vurulacaq.

Cari məsələlərin müzakirəsi zamanı MSK sədri Məzahir Pənahov bildirib ki, referendumun keçirilməsi üçün 125 dairə formalaşdırılacaq, bu məqsədlə bütün zəruri sənədlər toplanıb.

MSK sədri maarifləndirmə tədbirlərinə tezliklə başlanılmasının zəruriliyini vurğulayıb. Bildirib ki, bu məqsədlə İctimai Televiziya və “Azərbaycan” qəzetində komissiya üzvlərində çıxışlar edəcəklər. Əgər başqa televiziya kanallarından MSK üzvlərinə və katibliyinin nümayəndələrinə təkliflər gələrsə, bu təklifləri dəyərləndirmək məqbul olar.

Günel Türksoy