“Referi tərəfindən cəzalandırıldıq” - Emeri

referi-terefinden-cezalandirildiq
Oxunma sayı: 1864

PSJ-nin baş məşqçisi Unay Emeri dünən Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona”ya 1:6 hesablı məğlubiyyəti şərh edib. “Qafqazinfo” xəbər verir ki, ilk oyunda 0:4 hesablı qələbədən sonra mərhələni əldən verən fransızların çalışdırıcısı bundan dərs almalı olduqlarını bildirib:

“Növbəti mərhələyə çıxmaq üçün inanılmaz şansı əldə buraxdıq. Rəqibə təzyiq etmədik. Ümumiyyətlə, oyunboyu topla çox pis rəftar etdik. Öz qapımızın önündən çəkilmirdik. “Barselona” da saysız-hesabsız qol şansları yaxalayırdı. Vurduğumuz qoldan sonra bir az rahatlaşdıq. Hətta hesabı bərabərləşdirə bilərdik. Ən azı 2-ci qol vurmaq şansımız oldu. Matçın sonunda oyuna tamamilə nəzarəti itirmişdik. “Barselona” “come-back”lara layiq komandadır və bunu bacarır”.

Emeri hakimlərdən də danışıb: “Hakimlər bütün mübahisəli epizodlarda rəqibin leyhinə qərar verdilər. Qapımıza elə penaltilər təyin olundu ki...Hakimlər oyunun sonuna yaxın nəzarəti tamamilə əldən verdilər. Referi tərəfindən cəzalandırıldıq”.