Regekampf “Neftçi”dən 40 min avro qazanacaq?

regekampf-neftciden-40-min-avro-qazanacaq
Oxunma sayı: 1707

“Neftçi”nin prezidenti Kamran Quliyev yeni baş məşqçi Laurensiu Regekampfın təyinatı ilə bağlı fikirlərini bildirib.

“Qafqazinfo” xəbər verir ki, klub rəsmisi çalışdırıcı ilə bağlı “Bakcell Arena”da təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Baş məşqçimizə “xoş gəldin” deyirəm. Bizə qələbələr gətirəcəyinə ümid edirik. Dünən Müşahidə Şurasının onlayn toplantısından sonra qərar elan olundu. Regekampfla 2 illik müqavilə imzaladıq. Onu tanıtmaq üçün müəyyən hazırlıq işləri görmüşük. Təkrarlamağa ehtiyac yoxdur. İşlədiyi klublarda uğur qazanıb, Avropa klub yarışlarında qrup mərhələsindən də irəli getməyi bacarıb, böyük komandalara qarşı yaxşı mübarizə aparıb. Onunla uzunmüddətli danışıqlarımız olub. Uğur qazanmaq üçün çox istəklidir”.

Klub rəhbəri baş məşqçinin maaşı ilə bağlı yayılan söhbətlərə aydınlıq gətirib: “Bu, kommersiya sirridir. Amma bizim sistem başqa cürdür. Onun maaşı ilə bağlı yazılanlar yalandır”.

Qeyd edək ki, Rumıniyanın “Prosport” saytı “Neftçi”nin yeni baş məşqçisi Laurensiu Regekampfun illik 480 min avro, yəni aylıq 40 min avro maaş alacağını yazıb.