“Region Agro” MMC ( Goranboy) Prezident İlham Əliyevin koronavirus pandemiyası əleyhinə mübarizə çağırışına qoşulub.
"Qafqazinfo"nun məlumatına görə, “Region Agro” MMC Prezidentin 19 mart 2020-ci il tarixli Fərmanı əsasında yaradılmış Koronovirusla Mübarizyə Dəstək Fonduna 100 min manat vəsait köçürüb.
Qeyd edək ki, aqropark Goranboy rayonu ərazisində yerləşir. 5 iyun 2018-ci ildə açılıb. Ölkənin daxili bazarı üçün taxıl və qarğıdalının yetişdirilməsi ilə məşğuldur.
Son xəbərlər
Son Xəbərlər