“Region Aqro” MMC aztəminatlı ailələrə yardım etdi - Foto

region-aqro-mmc-azteminatli-ailelere-yardim-etdi
Oxunma sayı: 1642

Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına əsasən, “Region Aqro” MMC ölkəmizdə koronavirus ( COVİD-19) pandemiyasının qarşısının alınması məqsədilə, hazırda davam edən xüsusi karantin rejimi ilə əlaqədar sosial dəstək tədbirlərinə qoşulub. 

“Qafqazinfo” xəbər verir ki, Goranboy rayonu ərazisində xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun olaraq sosial izolyasiya şəraitində yaşayan aztəminatlı ailələrə baş çəkilib, onlara ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb.

Fəxralı və Qurbanzadə kəndlərində-59, Şadılıda-20, Xoyluda-21, Qaradağlıda-36, Dəliməmmədlidə-32, Alpoutda-21, Düzqışlaqda-22, Baxçakürddə- 20, Qazanbulaqda-31, Quşçularda-11 və Yəhərçi-Qazaxlarda- 27 olmaqla, ümumilikdə 300 aztəminatlı ailələrə ərzaq yardımı verilib.

05 iyun 2018-ci il tarixdən fəaliyyətə başlayan və ölkənin ərzaq təminatında mühüm rol oynayan “Region Aqro” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 (yüz) min manat məbləğində vəsait köçürməklə də öz sosial dəstəyini ifadə edib.