“Region gənclərinin Əməkdaşlıq Forumu” - Fotolar

region-genclerinin-emekdasliq-forumu-
Oxunma sayı: 837

Gəncədə “Region gənclərinin Əməkdaşlıq Forumu” keçirilib.

“Qafqzinfo” xəbər verir ki, “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Gəncə şəhəri Heydər Əliyev Mərkəzində keçirilən Forumdan öncə Heydər Əliyevin abidəsi ziyarət olunub, Dövlət Himni səsləndirilib. 300 nəfərdən çox gəncin iştirakı ilə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev şəhərdə gənclər üçün yaradılan şərait barədə məlumat verib. Gənclərin Gəncənin ictimai həyatında yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev həyata keçirilən Forumun məqsədi barədə iştirakçılara məlumat verib. Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasətinin region gənclərinə təsirindən danışıb

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Fondun region gənclərinin inkişafı və təşəbbüskarlığının artırılmasındakı rolu, habelə bu sahədə görülmüş işlər barədə geniş məlumat verib.

"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov gənclər və İctimai Birliklər haqqında danışıb. Mirhəsən Seyidov çıxışında yerli idarələrin gənclər siyasətinin həyata keçirilməsindəki rolu, o cümlədən gənclər üçün mövcud imkanlar barədə Forum iştirakçılarına məlumat verib.

Daha sonra Forum iştirakçıları rəsmi qonaqlarla fikir mübadiləsi aparıb, onları maraqlandıran suallara cavab tapıblar. Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Gəncə şəhərində keçirilən Forum gündəliyə uyğun davam edəcək.