“Regionda sülh üçün dua edirik” - İsrail səfirliyi

regionda-sulh-ucun-dua-edirik
Oxunma sayı: 1158

İsrailin Azərbaycandakı səfirliyi Vətən müharibəsinin şəhidlərinin xatirəsini yad edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat İsrailin Azərbaycandakı səfirliyinin rəsmi tviter hesabında paylaşılıb.

“Bu gün, Anım Günündə səfir Corc Dik və səfirliyin əməkdaşları müharibə qurbanlarının xatirəsini Azərbaycan xalqı ilə həmrəylik əlaməti olaraq bir dəqiqəlik sükutla yad ediblər. Regionda sülh üçün dua edirik və həlak olanların ailələrinə başsağlığımızı çatdırırıq”, - deyə məlumatda qeyd olunub.