Regionlarda səyyar ASAN

regionlarda-seyyar-asan
Oxunma sayı: 1397



"Qafqazinfo"ya daxil olan məlumata görə, 2014-cü dekabr ayına qədər Səyyar ASAN xidmət vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Səyyar ASAN xidmət vasitəsi ilə 2014-cü aprel ayında aşağıdakı məntələrdə müvafiq rayonların sakinlərinə xidmət göstəriləcək:

1. 1-10 aprel tarixində Qazax rayonunda Qazax, Ağstafa, Tovuz rayonlarının sakinlərinə;

2. 1-12 aprel tarixində Xırdalan şəhərində Abşeron rayonun sakinlərinə;

3. 14-23 aprel tarixində Ağstafa rayonunda Ağstafa, Qazax, Tovuz rayonlarının sakinlərinə;

4. 16-25 aprel tarixində Hacıqabul rayonunda Hacıqabul rayonunun sakinlərinə;

5. 27 aprel – 8 may tarixində Tovuz rayonunda Tovuz, Qazax və Ağstafa rayonlarının sakinlərinə

6. 29 aprel - 8 may tarixində Kürdəmir rayonunda Kürdəmir rayonun sakinlərinə

Dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və müasir üsullarla təqdimatı, dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığının təmin ediməsi, vətəndaş məmnunluğuna nail olunması Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədidir.