Rəhbərlərin qəbulu üçün elektron qeydiyyat

rehberlerin-qebulu-ucun-elektron-qeydiyyat
Oxunma sayı: 875



“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə nazirliyin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov deyib.Onun sözlərinə görə, bu xidmət ilkin mərhələdə qurumdaxili səviyyədə pilot rejimində işə salınacaq, sonra isə digər dövlət qurumlarını əhatə edəcək. N.Mərdanov elektron xidmətlər portalında tətbiq ediləcək yeniliklər sırasında rəsmi yazışmanın aparılması, ərizə və şikayətlərin göndərilməsi, "şəxsi kabinet"in açılması mümkünlüyünü qeyd edib: "Yeni servislərin tətbiqi əhaliyə göstərilən elektron xidmətlərin səviyyəsini, sayını və keyfiyyətini xeyli artırmağa imkan verəcək".
Qeyd edək ki, hazırda portalda təsdiq edilmiş elekton xidmətlərin ümumi sayından (446) 291-i əlçatandır. Dövlət qurumlarının saytlarında yerləşdirilmiş elektron xidmətlərin ümumi sayı isə 461-dir.