Rəhim Dilarəni işə götürdü

rehim-dilareni-ise-goturdu
Oxunma sayı: 3087

Dilarə Kazımova aparıcılıq edən müğənnilər karvanına qoşulub.  “Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. 

Dilarə MTV kanalı ilə müqavilə bağladığını, oktyabrın 18-dən etibarən efirə çıxacağını bildirib.

“Mən “MTV Azərbaycan” telekanalı ilə müqavilə imzalamışam. Kanalın direktoru Rəhim Rəhimlidən gələn təklifi məmnuniyyətlə dəyərləndirdim. Yeni mövsümdə mənim təqdimatında çox dinamik, pozitiv, hətta deyərdim özüm kimi cazibədar bir proqram izləyəcəksiniz”,- deyə ifaçı qeyd edib.