Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı

rehim-qaziyevin-kecmis-kurekeni-saxlanildi
Oxunma sayı: 2918

Sabiq Müdafiə naziri Rəhim Qazıyevin keçmiş kürəkəni Ramil Əzizov saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bundan öncə R.Əzizovun ailəyə fiziki təzyiqlər etdiyi, R.Qazıyevi və qızlarını hədələdiyi haqda məlumat yayılmışdı. Fevralın 19-da isə Ramil Əzizov keçmiş qayınatası Rəhim Qazıyevi döyüb və bundan sonra o, saxlanılıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, iddiaya əsasən, Qazıyevin qızı Şəbnəm boşanma qərarı verəndən sonra R.Əzizov ailə üzvlərini narahat etməyə başlayıb. O, daha əvvəl R.Qazıyevin evinin qarşısında onun digər qızı Aytənin maşınının təkərlərini bıçaqla deşib, eyni zamanda Rəhim Qazıyevin evinə gələrək mənzilin qapısını sındırıb. Ailə isə polisin Ramil Əzizov barəsində lazımı tədbir görmədiyini iddia edirdi.