Müğənni Rəhim Rəhimli “Açıq Pəncərə” verlişinin qonağı olarkən maraqlı açıqlamalar verib.“Qafqazinfo” xəbər verir ki, sənətçi proqramda qonşularla olan münasibətindən danışıb. Rəhim illər əvvəl onlarla böyük bir davanın da baş verdiyini bildirib:
“Hər kəs gecə vaxtı yatanda biz səhnəyə çıxırıq. Evə artıq gəlib çıxanda gecə saat 3-4 ün yarısı olur. O saatda da biraz yaradıcılıqla məşğul olursan. Evdə pianomuz var. Hər qaldığımız evdə olur. İlk “Tarqovı”da ( Nizami küçəsi) yaşadığımız illərdə, qoşu ilə salamlaşmağımız söz-söhbətə səbəb olmuşdu. Az qalmışdı ki, savaşa çevrilsin. O zaman yeni ev almışdım və mən 3 gün idi ki, yaşayırdım.
Saat 3-4 ün yarsı idi, durdum fortopianoda ifa etdim. Gördüm qonşu qapını döyür. Dedilər ki, bəs saatdan xəbəriniz var? Cavab verdim ki, salam əleykim. Nə var ki, burda? Ev mənimdir, özüm bilərəm saat neçədə çalaram. Mən də o zamanlar gənc idim, dəliqanlıydım. Amma indi düşünürəm ki, düzgün hərəkət etməmişəm”.
Son xəbərlər
Son Xəbərlər