Bakıda keçirilən 4-cü İslam Həmrəylik Oyunlarında yarışlar davam edir. “Qafqazinfo” xəbər verir ki, boks yarışlarında növbəti görüşlər keçiriləcək.
1/8 final mərhələsi çərçivəsindəki ilk matçında türkiyəli Ömər Koça qalib gələn Məsud Yusifzadə yarımfinala çıxmaq üçün döyüşəcək. 52 kq çəki dərəcəsində mübarizə aparan boksçumuzun 1/4 finaldakı rəqibi Abrorjon Kodırov (Özbəkistan) olacaq.
Desmond Amsterdamla (Qayana) 1/8 final görüşündən qalib ayrılan Kamran Şahsuvarlı da yarımfinalı hədəfləyir. 75 kq çəki dərəcəsində yarışan Olimpiadanın bürünc mükafatçısı türkiyəli İhsan Ərdoğanı yolundan kənarlaşdırmalıdır.
81 kq-dakı təmsilçimiz Rauf Rəhimov da komanda yoldaşları kimi 1/4 finalda çıxış edəcək. Rəhimov 1/8 finaldakı ilk rəqibi Hafidz Adli Mohdudan (Malayziya) sonra pakistanlı Əli Xanı da yumruğunun dadına baxmağa məcbur edəcək.
64 kq çəkidə yarışacaq Elvin İsayev isə İslamiadada ilk matçını keçirəcək. Turnirə birbaşa 1/4 finaldan start verən idmançımız özbəkistanlı Aliyor Noraliyovla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, buna qədər Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) da yarımfinala yüksəlib.
***
Boks yarışlarında günə Elvin İsayev start verib. 64 kq çəkidə yarışacaq təmsilçizim İslamiadada ilk görüşün keçirib. O, 1/4 finalda özbəkistanlı Aliyor Noraliyovla münasibətlərinə aydınlıq gətirib və məğlubiyyətə üzülüb.
***
81 kq-dakı təmsilçimiz Rauf Rəhimov pakistanlı Əli Xanla üz-üzə gəlib. O, ilk görüşündə olduğu kimi 1/4 finalda da 5:0 hesablı qələbəyə sevinib.
Son xəbərlər
Son Xəbərlər