İstanbulda “Reina” gecə klubuna hücum təşkil edən ikinci terrorçunun da olması ehtimalı artıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, kəşfiyyat mütəxəssislərinin gəldiyi qənaətə görə, hücumu iki İŞİD terrorçusu həyata keçirib. Qırğız əsilli olduğu və selfie videosu yayılan terrorçunun sadəcə müşahidəçi funksiyası daşıdığı bildirilir.
Belə ki, klubda atəş açanla Zeytinburnuda qaldığı evdən çıxan şəxslərin geyimləri fərqli olub. Hadisə şahidləri də ifadələrində atəşin iki nəfər tərəfindən açıldığını deyiblər.
Lakin insanlara atəş açan terrorçu üzünü yaxşı gizlətdiyi üçün onun kimliyini müəyyən etmək mümkün deyil.
Son xəbərlər
Son Xəbərlər