“Reina”dakı terakta görə 13 nəfər saxlanılıb - 10-u haqda...

reinadaki-terakta-gore-13-nefer-saxlanilib
Oxunma sayı: 1241

Dekabrın 31-də İstanbulda “Reina” gecə klubunda törədilən terror aktı ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində 13 nəfər saxlanılıb.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, saxlanılan 13 şübhəli şəxsdən 10-u prokuror tərəfindən dindirildikdən sonra həbs olunmaq tələbiylə məhkəməyə sövq edilib.

Xatırladaq ki, “Reina”da törədilən terakt nəticəsində 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var.