Rəis göndərilən müavinin yerinə təyinat

reis-gonderilen-muavinin-yerine-teyinat
Oxunma sayı: 5709

Mingəçevir Polis Şöbəsində yeni təyinat olub.

“Qafqazinfo”nun xəbərinə görə, polkovnik-leytenant Cavid Talıbov Mingəçevir ŞPŞ-yə əməliyyat işləri üzrə rəis müavini təyin edilib. 

Bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

O, bu vəzifədə Azay Ağayevi əvəz edib. A. Ağayev ötən ilin oktyabr ayında Daşkəsən RPŞ-yə rəis təyin edilib.

Elmar Əli