Rəis müavinin arvadınıı öldürən şəxs həbsdə öldü

reis-muavinin-arvadinii-olduren-sexs-hebsde-oldu
Oxunma sayı: 4419

 

"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavininin həyat yoldaşını qətlə yetirən şəxs həbsdə ölüb".

“Qafqazinfo” xəbər verir ki, bunu ans press-ə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tibb Baş İdarəsindən bildiriblər.

İdarədən verilən məlumata görə, nazirliyin Müalicə Müəssisələrindən birində ürək çatışmamazlığından, böyrək xəstəliklərindən və başqa bir neçə xəstəliyə görə müalicə olunan məhbus Əlaqif Abbasov qəflətən dünyasını dəyişib.

"Onun meyiti məhkəmə tibbi ekspertizasına göndərilib. İlkin araşdırmalardan sonra mərhumun ürək çatışmazlığından öldüyü məlum olub və meyit onun ailəsinə təhvil verilib", - deyə Penitensiar Xidmətinin Tibb Baş İdarəsindən bildirilib.

Dünyasını dəyişən Əlaqif Abbasov 2013-cü ilin avqust ayının 14-də Hökməli qəsəbəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun 1955-ci il təvəllüdü həyat yoldaşı Elmira Xalid qızı Dadaşovanı bıçaqla qətlə yetirməkdə təqsirli bilinərək həbs edilib.

Ə.Abbasov ilkin ifadəsində evə oğurluq məqsədi ilə girdiyini bildirmişdi.

İstintaq zamanı Əlaqif Abbasovun daha bir neçə evdən oğurluq etməsi müəyyən edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Axtarış İdarəsi və Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən avqustun 16-da qəsdən adam öldürdüyünə görə tutulmuş Əlaqif Abbasovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun avqustun 11-də İbrahim Hüseynovun evindən 860 manat pul və qızıl əşyalarını oğurlaması, avqustun 14-də Kənan Hüseynquliyevin evindən oğurluğa cəhd göstərməsi, habelə cari ilin aprel-iyun ayları ərzində Çiçək qəsəbə sakini Elşən Cəlilovun, Hökməli qəsəbə sakini Mirxas Ağayevin və Kənan Məmmədovun evlərindən pul, qızıl və məişət əşyalarını oğurlaması da müəyyən edilmişdi.

Bundan əlavə onun, “Bərəkət-98” firmasının ofisindən içərisində 100 manat və möhür olan seyfi, Reyhan Müzəffərovanın evindən 2850 manat pul oğurlanması da müəyyən edilmişdi.