“Qafqazinfo”nun xəbərinə görə, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, gömrük əməkdaşları bu qaçaqmalçılıq cəhdinin qarşısını alıblar. Belə ki, qatar rəisi vəzifəsində çalışan Rusiya Federasiyası vətəndaşı İqor Javoronkovun vaqonda gizlətdiyi 980 qutu “ParlıamentSilverBlue”, 250 qutu “True”, 80 qutu “Parliament”, 20 qutu “MarlboroSeventy-Twos” markalı siqaret və 11 ədəd 0,5 litrlik “İvuşkaLuks” arağı gömrük baxışı zamanı aşkar olunaraq götürülüb.
Son xəbərlər
Son Xəbərlər