“Qafqazinfo” xəbər verir ki, R.Rəsulzadə Publika.az-a açıqlamasında Müsavat Partiyasının Qurultayında iştirak etmək istəyini də gizlətməyib:
“Hazırda mən rayondayam, istirahət edirəm. Əgər mən qayıdana kimi dəvət etsələr, böyük məmnuniyyətlə qurultayda iştirak edərəm. Ancaq bu məndən asılı olmayan məsələdir. Adətən, qurultaya dəvət olunursan. Əgər məni də qurultaya dəvət etsələr, iştirak edərəm”.
Müsavat partiyası daxilində yaranmış fikir ayrılığından da danışan R.Rəsulzadə bildirib ki, müsavatçılar bu problemi həll etməyə qadirdirlər:
“Bu, partiya mənsublarına aid olan məsələdir. Yəqin ki, Müsavat partiyasının nümayəndələri bütün bu problemləri də həll edəcəklər”.
Xatırladaq ki, Müsavat Partiyasının sonuncu qurultayı 2006-cı ildə keçirilib. Müsavatın 8-ci qurultayının gündəliyində əsas məsələ başqan seçkisidir. İsa Qəmbər 1992-ci ildən Müsavat Partiyasının başqanıdır.
Son xəbərlər
Son Xəbərlər