Rəisi Ərdoğana zəng etdi

reisi-erdogana-zeng-etdi
Oxunma sayı: 1557

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı İbrahim Rəisinin telefon danışığı olub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Tvitter səhifəsində məlumat verilib. Rəisi koronavirusa yoluxmuş Ərdoğanla xanımı Əminə Ərdoğana şəfa diləklərini çatdırıb.

Türkiyə Prezidenti telefon zənginə görə iranlı həmkarına təşəkkürünü bildirib:

"Cənab Rəisiyə nəzakətinə və arzularına görə təşəkkürümü bildirir, bütün İran xalqına salamlarımı göndərirəm".