Rəisin avtomobilinin düşdüyü qəzada ölənlərin sayı artdı

reisin-avtomobilinin-dusduyu-qezada-olenlerin-sayi-artdi
Oxunma sayı: 3000


Lent.az-ın məlumatına görə, Xocasən qəsəbəsində Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudovun xidməti avtomobili, 10 AA 104 nömrə nişanlı “Hyundai-Sonata” ilə 35 yaşlı Rövşən Əhmədovun sürdüyü “Hyundai-Tucson”un toqquşması nəticəsində polis rəisinin sürücüsü Rafiq Abbasov hadisə yerindəcə keçinib. R.Əhmədov və sərnişini, Emin Kərimov isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. Həkimlərin səyinə baxmayaraq digər sürücünün də həyatını xilas etmək mümkün olmayıb. E.Kərimovun müalicəsi davam etdirilir.