Xəbər verdiyimiz kimi, mayın 19-da Misir Hava Yollarına məxsus A320 sərnişin təyyarəsi Paris-Qahirə uçuşunu həyata keçirən zaman qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 3-ü uşaq olmaqla 69 nəfər olub. Sərnişinlər arasında Misir, Fransa və Britaniya vətəndaşları var.
Misir Aviasiya Nazirliyindən bildirilib ki, təyyarə Aralıq dənizinə düşüb və böyük ehtimalla hissələrə bölünüb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Qahirədə hələ də cəsədi tapılmayan təyyarə qəzasının qurbanları üçün namaz qılınıb.
Qəzada 4 yaxınını itirən misirli rejissor Osman Əbu Laban da namaz mərasiminə qatılıb. O, imamı qucaqlayaraq dayanmadan ağlayıb.
Son xəbərlər
Son Xəbərlər