Reket baş redaktor tutuldu

reket-bas-redaktor-tutuldu
Oxunma sayı: 758

Mayın 10-da vətəndaş R.Qasımov Ağdam RPŞ-yə müraciət edərək özünü jurnalist kimi təqdim edən Etibar adlı şəxsin ona zəng edərək barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib ondan 150 manat pul verməsini tələb etdiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə zəng edərək hədə-qorxu gəlməkdə şübhəli bilinən “Xəbər var” qəzetinin baş redaktoru, əvvəllər məhkum olunmuş Etibar Əliyev tutulub.