“Reklam haqqında” qanun gündəmdə

reklam-haqqinda-qanun-gundemde
Oxunma sayı: 949


Bu sözləri “Qafqazinfo” ya açıqlamasında Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Əli Məsimli parlamentin payız sessiyasına komitə tərəfindən təklif olunan qanunlarla bağlı danışarkən deyib.

Millət vəkili qeyd edib ki, qanun layihələrindən biri  neçə illərdir yaz-payız, payız-yaz sessiyalarının gündəliyindən o biri sessiyanın gündəliyinə ötürülən və hələlik qəbulu baş tutmayam Rəqabət Məcəlləsidir: “ İkinci qanun layihəsi “Təhsil Kreditləri haqqında” qanun layihəsidir ki, 3 ildir verilməsinə, cəmiyyətin gözləntisində olmasına baxmayaraq hələ də, plenar iclasa çıxarılmayıb. Üçüncü layihə isə “Reklam haqqında” qanun layihəsidir ki, plenar iclasın gündəliyinə salınsa da, hələ qəbul olunmayıb. Payız sessiyasında bu layihələrə baxılmasını zəruri hesab edirik”.

Günel Türksoy