Reklamdan 1 milyondan çox pul qazandı

reklamdan-1-milyondan-cox-pul-qazandi
Oxunma sayı: 2502

Türkiyənin 20 yaşlı pop ulduzu Aleyna Tilki sərvətinə sərvət qatıb. “Qafqazinfo” xəbər verir ki, sənətçi pandemiya dövründə məşhur dondurma şirkəti ilə müqavilə bağlayıb.

O, reklam çarxı üçün mahnı ifa edib və bunun qarşılığında 1 milyon 500 min TL qonorar əldə edib.

Aleyna açıqlamasında iddia olunan məbləğdən daha çox pul qazandığını bildirib: “Mətbuatda müəyyən qiymətlər yazılıb. Amma daha çox pul aldım. Qazanclarımı xeyriyyə işlərinə, bacımın təhsilinə və yaradıcılığıma xərcləyirəm”.