"Telekommunikasiya haqqında" qanun "Reklam haqqında" 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli qanununa uyğunlaşdırılır.
“Qafqazinfo” xəbər verir ki, qanuna 50-1-ci maddə əlavə edilir (telekommunikasiya vasitələri və qurğuları ilə yayımlanan reklam) 50-1.1-ci maddədə göstərilir ki, operator və provayder reklamverici ilə bağlanılan müqavilə əsasında reklam yayımlaya bilər. Operator və provayder abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Operator və provayder abunəçiyə reklam göndərilməsindən istənilən vaxt imtina etmək və ya abunəçinin yalnız arzuladığı reklamı yayımlamaq üçün imkan yaratmalıdır. Abunəçinin razılığı olmadan və ya "Reklam haqqında" qanununun müddəalarına zidd olan reklamın göndərilməsi üçün operator və provayder məsuliyyət daşıyır.
50-1.2-ci maddəsində isə göstərilir ki, operator və provayder ilə abunəçi arasında bu qanunun 50-1.1-ci maddəsinin ikinci cümləsində göstərilən reklamın göndərilməsi barədə müqavilə bağlanıldığı halda, abunəçinin reklam göndərilməsindən imtina etməsi barədə operatora və (və ya) provayderə sorğusu əsasında abunəçiyə məxsus son telekommunikasiya avadanlığına reklamın yayımlanması dərhal dayandırılır.
Operatora və provayderə məlumat üçün müraciət edən abunəçinin sorğusuna cavab verilənədək, reklam yayımlana bilər. Məlumat xidməti ödənişli olduqda, reklamın yayımlanması arayışın dəyərinə daxil edilə bilməz. O cümlədən, 50-1.3- ci maddəyə görə, telekommunikasiya qurğularında tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı yerləşdirilə bilməz.
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər