Rektor BDU könüllüləri ilə görüşüb- - Fotolar

rektor-bdu-konulluleri-ile-gorusub-
Oxunma sayı: 1312


"Qafqazinfo"ya daxil olan məlumata görə, rektor, akademik Abel Məhərrəmov təbiət və humanitar fakültələrin tələbələrini ayrı-ayrılıqda qəbul edib və oyunların yüksək səviyyədə keçirilməsində onların xüsusi xidmətlərini qeyd edərək təşəkkürünü bildirib.

Rektor təhsil naziri Mikayıl Cabbarovun tələbə könüllülərə ünvanlanmış minnətdarlıq müraciətini onların diqqətinə çatdırdıqdan sonra problemlərini dinləyib və müvafiq tapşırıqlarını verib.

Bu gündən etibarən könüllülər üçün başlayan sessiya imtahanlarından danışan rektor imtahanların universitetdə bir qayda olaraq yazılı keçirildiyini, lakin könüllülər üçün qaydalarda dəyişiklik edildiyini bildirib, şifahi qaydada olacağını diqqətə çatdırıb. Tələbələrin çoxsaylı suallarından sonra görüş yüksək əhval-ruhiyyədə başa çatıb.