Azərbaycan Milli Konservatoriyasında əyani dərslər dayandırılıb.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb təhsil müəssisəsinin rektoru, Xalq artisti Siyavuş Kəriminin koronavirusa yoluxmasıdır.
Rektordan əlavə, Konservatoriyanın iki əməkdaşında da “COVID-19” aşkarlanıb.
Qurumun Mətbuat xidmətinin rəhbəri Anar Bəylərov məlumatı “Qafqazinfo”ya təsdiqləyib. O qeyd edib ki, virusa yoluxan üç şəxs rektor, Tədris şöbəsinin əməkdaşı və inzibatı işçidir.
A. Bəylərovun sözlərinə görə, tələbələr bu gündən etibarən distant tədrisə keçiblər: “Əyani təhsil 14 gündən sonra bərpa edilə bilər. Bununla bağlı qərar mövcud vəziyyətə görə veriləcək”.
Son xəbərlər
Son Xəbərlər