“Qafqazinfo” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, BANM-inprofessor-müəllim heyəti, əməkdaşları və tələbələriiştirak ediblər. Elmar Qasımov BANM-də çalışan xanım əməkdaşların timsalında bütün Azərbaycan xanımlarını 8 mart-Beynəlxalq qadınlar günümünasibəti ilə ürəkdən təbrik edərək, hər birinə bahar əhval-ruhiyyəsi, xoşbəxt və firavan həyat, ailə səadəti, bütün işlərində uğurlar arzu edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva öz çıxışında BANM-də olmağından məmnunluq ifadə edib. O, Azərbaycan qadınlarının müasir cəmiyyətimizdə yüksək mövqe tutduğunu, onlara kişilərlə bərabər hüquqlar və imkanlar verildiyini , eyni zamanda Azərbaycan qadınlarının mötəbər qurumlarda təmsil olunduğunu qeyd edib.
Son xəbərlər
Son Xəbərlər