Rektor qətlə yetirildi

rektor-qetle-yetirildi
Oxunma sayı: 646

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hakim "Vahid Rusiya" partiyasının Kabarda-Balkar parlamentindəki fraksiyasının sədri, partiyanın ali şurasının üzvü Boris Jerukov öz kabinetində 2 naməlum şəxs tərəfindən iki dəfə güllələnib. Jerukov hadisə yerindəcə dünyasını dəyişib. Bu barədə Rusiya İstintaq Komitəsinin Kabarda-Balkar üzrə xüsusi nümayəndəsi məlumat verib.

“Vahid Rusiya” partiyası hadisə ilə bağlı özü araşdırmalara başlayıb. Sui-qəsdi törədənlərin çeçenlər olduğu ehtimal edilir.