Rektor qızını döyənləri buraxan hakim - - Danışdı

rektor-qizini-doyenleri-buraxan-hakim-
Oxunma sayı: 10035


“Qafqazinfo” xəbər verir ki, bunu Arqument.Az-a açıqlamasında Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva ilə bağlı yayılan iddialara cavab olaraq bildirib.

Onun sözlərinə görə, istintaq hələ də yekunlaşmayıb: "Fakt varsa, cinayət sübuta yetiriləcək. Hazırda Bakı Apelyasiya Məhkəməsində işə baxılır, nəticəni gözləsəniz daha yaxşı olar.

O ki qaldı Ülkər İsayevaya, onu dindirmişəm və heç bir şikayəti olmayıb. O bildirib ki, döyülməmişəm, sadəcə müqavimət göstərdim, onlar da məni sakitləşdirib evə aparıblar. Yəni o, döyülmək faktını qəbul etmir. Biz də tərəfləri dindirib məhkəmə başlayana  qədər  onları sərbəst buraxmaq barədə qərar qəbul etmişik".

***

AzNews.az xəbər verir ki,  Ülkər İsayeva tanınmış həkim Tərlan Əhmədzadənin gəlini olub. O, Aydın Əhmədzadə ilə 2014-cü ilin yayında Nəsimi rayon Məhkəməsinin qərarı ilə boşanıb. Onların bir qız övladı var.

Rektorun yaxınları da bildirib ki,  Ülkər İsayeva Zaur Məmmədovla 3 aya yaxın bir müddətdir ki, sevgilidirlər. Ülkər İsayevanın İnstagramda Zaurla birlikdə paylaşdığı şəklinin altına yazılan rəylər də faktı təsdiqləyir.