Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov rəhbərlik etdiyi heyət ilə birgə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində istehsalat təcrübəsi keçən tələbələrin fəaliyyəti və onlar üçün təcrübədə yaradılan şəraitlə yerindəcə tanış olmaq məqsədilə “Azerikimya” İB-nin Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavoduna səfər edib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, Elmar Qasımov "Azərikimya” İB-nin rəhbərliyi ilə birlikdə zavodun müxtəlif istehsalat sahələrini ekskursiya edərək istehsalat təcrübəsində olan tələbələrlə, onlara rəhbərlik və təlimat verən mütəxəssislərlə görüşüb, onlar arasında zavodda gedən iş prosesi və təcrübə haqqında fikir mübadiləsi aparılıb.
Görüş zamanı tələbələrlə səmimi ünsiyyət quran rektor təcrübə ilə bağlı onların ilkin təəssüratlarını dinləyib, həmçinin öz tövsiyələrini verib, təcrübə müddətində məsuliyyətli olmağa və yaradılan şəraitdən səmərəli faydalanmağa çağırıb.
Rektor “Azerikimya” İB-in istehsalat müəssisələrində tələbələrin təcrübə keçməsi üçün yaradılan şəraiti yüksək qiymətləndirib.
Son xəbərlər
Son Xəbərlər