Universitetin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, valideynləri maraqlandıran suallara cavab verən rektor, eyni zamanda yataqxana məsələsindən də danışıb. Son vaxtlaradək məcburi köçkünlərin məskunlaşdığı yataqxananın yarasız vəziyyətdə olduğunu deyən rektor, həmin binaların bir qisminin söküldüyünü və həmin ərazidə təxminən 7 min tələbənin məskunlaşa biləcəyi böyük yataqxana kompleksinin inşa olunacağını da diqqətə çatdırıb.
Sonra bir qrup valideyn universitetin Tədris Elektron Mərkəzi, çoxsaylı laboratoriyaları, auditoriyaları, idman kompleksi və yeməkxanaları ilə tanış olublar. Valideynlərdən Səyyaf Yusifov, İqbal Adiloğlu, İradə Soltanova, Cəfər Əliyev, Sahibəli Fərəcov universitet mühitinin onlarda yüksək təəssürat oyatdığını qeyd ediblər.
Xatırladaq ki, universitetin builki qəbul planı 4325 nəfərdir və bu günə olan məlumata görə artıq 3659 nəfər qeydiyyatdan keçib. Ödənişli təhsilə qəbul olan tələbələrin təxminən 300 nəfəri güzəştli kateqoriyaya (məcburi köçkünlər, şəhid ailələri, valideyn himayəsindən məhrum olmuş və Azərbaycanın ərazi bütövlüyü uğrunda əlil olmuşların övladları) düşdükləri üçün təhsil haqqının ödənilməsindən azaddırlar.
Son xəbərlər
Son Xəbərlər